big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Rəşad Sadiqovun bu addımı mənim üçün yox, hamı üçün gözlənilməz oldu” – MÜSAHİBƏ

05.05.2012 , 07:13

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsi

– Aparıcı futbolçularınızdan olan Rəşad Sadiqovun vacib oyunlar öncəsi “Neftçi” ilə danışıqlar apararaq, anlaşıb. Bunu komandanızın kapitanından gözləyirdiniz?
– Bu tək mənim üçün yox, hamı üçün gözlənilməz oldu. Əlbəttə, belə baxanda, Rəşadın müqaviləsi də bitir, 2 oyundan sonra azad agent statusu daşıyacaq. Ancaq Sadiqovun bu addımı ilə belə bir vaxtda planlarımız pozuldu.

– Təbii ki, onu vacib matçlarda oynamağı məqsədəuyğun saymayaraq, hazırlıq keçdiyiniz Quzanlıdan Bakıya göndərdiniz…
– Bəli. Təbii ki, başqa kluba keçirsə, “Qarabağ”ın oyununa yüz faiz konsentrasiya oluna bilməyəcək. Bir tərəfdən yaxşıdır ki, bunu oyundan öncə dedi. Ancaq dediyim ki, Sadiqovun bu addımı bizim üçün bir gözlənilməz idi. İnşallah, axırı yaxşı olsun. Rəşad sevdiyimiz futbolçu, insandır. Sadəcə, bu həlledici anda çətin vəziyyətdə qaldığımıza görə təəssüfləndik. Başqa bir problem yoxdur.

– Kapitanınız qərarını nə ilə izah etdi?
– Şəxsən mənim onunla söhbətim olmayıb. Biz Ağdamda olarkən, bu xəbəri eşitdik. Rəşadla baş məşqçimiz Qurban Qurbanov danışaraq, heyətdən kənarlaşdırıb. Təbii ki, biz də çalışdırıcımızın qərarına hörmətlə yanaşırıq, onu qəbul edirik.

– Qaydalara görə, futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış, başqa klubla anlaşa bilər. Sadiqov bunu indi yox, qışda edə bilərdi…
– Təbii ki, Rəşad bunu daha erkən, qışda edə bilərdi. Ancaq bu gün tam elə vaxtdır ki, “Qarabağ”ın qədəri, Avropaya gedib-getməyəcəyi bilinəcək. Bütün gücümüzü buna səfərbər etmişik. Futbolçularımızın hamısından da bunu gözləyirdik ki, vacib oyunlarımıza motivasiya olunsunlar.

– Ümumiyyətlə, Sadiqovla yeni müqavilə imzalayıb, komandanızda saxlamaq planlarınız var idimi?
– İndi bütün diqqətimiz çempionat oyunlarından olduğundan, transferlə bağlı hələ baş məşqçimizlə görüşümüz olmayıb.

– Rəşadın məsələsinə klubdaxili baxılıb, hansısa formada cəza verilə bilərmi?
– Hazırda alnız “İnter”lə oyunumuzu fikirləşirik. Ardından səfərdə “Xəzər Lənkəran”la vacib matçımız olacaq. Daha sonra bu məsələyə baxacağıq.

– Digər kapitanınız olan qapıçı Fərhad Vəliyev artıq əsas heyətdə yerini itirərək, uzun müddətdir ehtiyatda qalır. Onun da gedişi gözlənilir?
– Fərhad Vəliyev, o cümlədən müqaviləsi bitən bütün futbolçularımız gedə də bilər, qala da. Bu, onların öz seçimindən asılıdır. Ancaq əlbəttə ki, baş məşqçi hansı futbolçuların xidmətində maraqlı olsa, onlarla anlaşmanın müddətini artıracağıq. Buna nail olmaq üçün bütün səylərimi göstərəcəyik.

– Təcrübəli futbolçunuz Emin İmaməliyev uzun müddət oynamayaraq, adı matçların da protokoluna daxil edilmədiyindən, onun gedişi gözləniləndir…
– Emin də daxil olmaqla, bütün futbolçularımızla bağlı çempionatda axırıncı oyunumuzdan sonra baş məşqçimizlə görüşümüzdən sonra bu haqda danışa bilərəm.

– Rəşad Sadıqovun Türkiyədən təklif alanda, onun gedişinə imkan yaratmısınız. Yenidən belə variant ola bilərmi?
– Sadıqov da bizim kimi, hazırda ancaq çempionat oyunlarını düşünür.

– Ümumiyyətlə, növbəti hazırlıq planlarımıza aydınlıq gəlibmi? Yenə Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçəcəksiniz?
– Çox güman ki, hazırlığımız yenə orda olacaq. Avroliqaya gedib-getməməyimizlə bağlı məsələ açıq qaldığından, biz tarixlərini hələ müəyyənləşdirməmişik.

– Necə düşünürsünüz, “Qarabağ” bu çətin sınaqdan üzüağ çıxaraq, ardıcıl 4-cü il Avroliqaya vəsiqə qazanacaq?
– İnşallah, Avroliqaya gedəcək. Biz buna inanırıq. Həmişə çətin vəziyyətlərdən çıxmışıq. Ancaq istədiyimiz kimi alınmasa, bu, faciə sayılmayacaq. Deməli, belə məsləhət imiş və məsələyə yalnız bu yöndə baxacağıq.

– “Qarabağ” avrokuboklardan kənarda qalsa, heyətlə bağlı radikal islahatlar, baş məşqçi postunda dəyişiklik gözlənilirmi?
– Baş məşqçinin istədiyi bütün dəyişiklər həyata keçirilə bilər. Ancaq baş məşqçi dəyişikliyi ilə bağlı heç bir məsələ müzakirə olunmayıb, olunmayacaq da.
apasport.az

Son yazılar

To Top