Rəşad Sadıqov üçün yubiley qələbəsi
27.05.2024 , 12:34

“Zirə”ni çalışdırıcısı Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 36-cı turunda baş verib.
“Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.
Qeyd edək ki, yalnız bir klubda baş məşqçi olmuş Sadıqov 2020-ci ilin yayından “Zirə”ni çalışdırır.
