"Oyunun çətin olacağını bilirdik. "Xəzər Lənkəran"a qarşı oynamaq o qədər də asan deyildi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Böyük oyun"dan sonra "Neftçi"nin kapitanı Rəşad Sadiqov deyib.
Sadiqov Avroliqaöncəsi qazanılan qələbənin əhəmiyyətli olduğunu vurğulayıb: "Qələbəyə görə çox sevinir və bizi stadionda dəstəkləyən azarkeşlərə təşəkkürümüzü bildiririk".
