“Rəqibin heyətində üstün oyunçular var idi”
19.07.2023 , 22:43

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə keçirilən cavab oyunundan (4:0) sonra rəqib komandanın baş məşqçisi Xavi Munyozun mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxəssis görüşü belə şərh edib:
İlk öncə qonaqpərvərliyə, xoş münasibətə görə “Qarabağ”a təşəkkür edirəm. Oyunun ilk dəqiqələrindən bizim üçün çətin oldu. Məğlub olmağımıza baxmayaraq, komandam ilə qürur duyuram. Bu gün “Qarabağ” qələbəyə layiq idi və qalib gəldi.
Bir planınız var idimi ki, o həyata keçmədi?
Əslində hər oyun üçün planımız olur. Bəzən alınır, bəzən isə yox. Təbii ki, rəqibin heyətində üstün olan oyunçular var idi. Bizim planımız əks-hücum idi. Bu səbəbdən planımız hə keçmədi.
