“Qəbələ”nin yollarını ayırdığı Deyna Kelharın yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Sloveniya yığmasının üzvü “Srvena Zvezda”ya keçib.
Bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb. Kelhar vaxtı ilə Çempionlar Liqasının qalibi olmuş klubla sonradan uzadılması mümkün olan 6 aylıq müqavilə imzalayıb. Sloveniyalı futbolçu yeni klubunda 44 nömrəli formanı geyinəcək.