Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn “Qəbələ” “Bakı” Futbol Klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, “Qəbələ” Premyer Liqanın startı öncəsi bir sınaq oyununda da qüvvəsini sınayacaq. Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada “qırmızı-qaralar” I divizion təmsilçisi “Qaradağ-Lökbatan”la üz-üzə gələcək. Matç “Bakı” Futbol Klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək.
Komandamız Bakıda son məşqinə bu gün saat 19:00da çıxacaq. “Qırmızı-qaralar” avqustun 3-ü Qəbələyə yollanacaqlar.