“Qəbələ” 5 itki ilə hazırlaşır
21.02.2022 , 17:53
“Qəbələ”nin beş futbolçusu hazırlıqda iştirak etmir.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bərpa dövrünü başa vurduqdan sonra topla hazırlıq keçən Rüfət Əhmədov komanda ilə müəyyən məşqlərə qatılır. Zədədən sonra bərpa dövrü keçən Urfan Abbasov və Yaovi Akakpo fərdi hazırlıqla kifayətlənir.
Türkiyənin İstanbul şəhərində əməliyyat olunduqdan sonra ölkəmizə dönən Gülağa Əsədov müalicəsini davam etdirir. Mikrozədədən əziyyət çəkən kapitan Asif Məmmədovun durumuna sabah keçiriləcək müayinədən sonra tam aydınlıq gəlməlidir.