"Barselona"nın baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.
Korner.az-ın məlumatına görə, kataloniyalılarla inanılmaz uğurlar əldə edən çalışdırıcının bu mövsüm gözləniləni verməməsinin ardından, klubdan gedəcəyi haqda söz-söhbətlər yayılıb. Qvardiyola verdiyi açıqlamasında bunları deyib: "Qalıb qalmayacağımı indi deyə bilmərəm. Klub prezidenti Sandro Rosell ilə görüşüb ən doğru qərarı verəcəyik".