big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanovun milliyə təyinatı – jurnalistlərin fikirləri

03.11.2017 , 09:43

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun yeni iş yeri məlumdu. Təcrübəli mütəxəssis Ağdam klubu ilə bərabər həm də Azərbaycan milli komandasını da çalışdıracaq.

Bu gün rəsmiləşən təyinatdan sonra azarkeş və jurnalistlərin düşüncələri birmənalı olmadı. İdman jurnalistlərinin bu keçidə reaksiyasını öyrəndik:

Mahir Rüstəmli (Futbol+ qəzeti)

"Qurban Qurbanovun bütün futbol uğurları öz yerində, onun təyinatına özəllik qatan əsas məqam həm də bütünlüklə, canı-qanı ilə müstəqillik dövrünün məhsulu olması, xalqın içindən qopmasıdı. Yığmanın olduğu otelə buraxılmayıb dava salanda da təbii idi, "Sport-Ekspress"in müxbirinə inadla "mənim ad-soyadımı Kurban Kurbanov yox, Qurban Qurbanov yazın" deyəndə də, "Qarabağ"ı ÇL-in qrupuna daşıyanda göz yaşını saxlaya bilməyəndə də! Hədsiz eyforiyaya qapılmağa dəyməz, amma bu gün xalqın gözündən düşən komandanı xalqa qaytara biləsi birinci adam məhz Qurban Osman oğlu Qurbanovdu! Mübarəkdi!"

Elçin Cəlilov (futbolpress.az)

"Qurbanovun tәyinatı ölkә futbolu üçün yeni eranın başlanğıcıdı. Xeyirli olsun"

Gündüz Abbaszadə (CBC Sport)

"Mən Qurban Qurbanova inanıram və ona uğurlar arzu edirəm"

Rəşad Ergün (komanda.az)

"Mənim fikrim budur ki, AFFA rəhbərliyi AÇ-2020 ilə bağlı bütün məsuliyyəti Qurbanovun üzərinə yüklədi. Uğursuzluq olsa, "vətən xaini" Qurbanov olacaq. Millidə "Qarabağ"dakı potensial yoxdu, bunu hamımız bilirik. Amma bir şey də var ki, ölkənin ən yaxşı futbol mütəxəssisi kimi Qurbanovun zirvədə – millidə olmaq haqqıdır. Çətin olacaq… Amma Foqts və Prosineçki dönəmiylə müqayisədə daha yaxşı olacağına da əminəm. AFFA Qurbanovu indi yox, Prosineçkidən, hətta Foqtsdan əvvəl yada salmalı idi. İndi isə Rövnəq Abdullayev özünü xilas etmək üçün məcburdur Qurbanı milliyə gətirməyə. Bəli, Qurban Qurbanov Azərbaycan millisinə ona olan sevgidən yox, məcburiyyətdən gətirildi.

Amal Abuşov (Sport7.az)

"Azərbaycan milli komandasının potensialı bəllidir. Birdən-birə inqilabi dəyişikliklər gözləmək olmaz. Qurban Qurbanov “Qarabağ”ı bir günün içində hazırkı səviyyəyə gətirməyib. Klub rəhbərliyi ona etimad göstərib, yetərincə zaman verib. Onların bu davranışı AFFA üçün də nümunə olmalıdır. Zamanla nəticələr yaxşılaşmalı, milli komanda gəlmələrdən təmizlənməlidir. Xalqın komandaya inamı artacaq. Bu inamı qoruyub saxlamaq lazımdı. Uğur olsun!"

Araz Əhmədov (sportfm.az) 

"Futbol tarixində yığma və klubu eyni anda çalışdıran bir çox məşhur məşqçilər olub. Əksər hallarda paralel iş uğursuzluqla bitib. Düşünürəm ki, belə vəziyyətdə "Qarabağ"ın zəifləməsi real variantdır və gələcəkdə Qurbanovun klubdan gedəcəyini təxmin edirəm. Qurban seçim qarşısında qalanda yığmaya üstünlük verəcək. Olan "Qarabağ"a oldu!"

Kənan Məstəliyev (rekord.az)

"Qurban Qurbanov Azərbaycan millisinin, Azərbaycan millisi də Qurban Qurbanovun başına gələcək ən yaxşı hadisədi. Uzun illərdir bu mütəxəssisin namizədliyi dəstəkləmişəm, bundan sonra da belə davam edəcək. Qurbanov həm əsl peşəkar, həm də böyük məşqçidi. İşi ilə də, davranışları ilə də bunu sübut edib. Özü də millidə çalışmaq istyir, dəfələrlə sətiraltı da olsa, buna işarə vurub. Yəni bu təyinat hər iki tərəf üçün böyük xeyir və uğurla müşayiət olunacaq. Biz daha böyük, daha nüfuzlu, daha əzəmətli milli və məşqçi görmək şansı əldə etmişik. Bu imkandan yararlanmaq, Qurbanova maksimum dəstək göstərməliyik. Onun rəhbərliyi altında yığmamızın əvvəlki dövrlərdən daha yaxşı çıxış edəcəyinə, tarixi uğur qazanacağına şübhəm yoxdu. Hər şey qaydasında getsə, yəni mane olmasalar, Qurban Qurbanov Azərbaycanı AÇ-2020-yə çıxaracaq. Yeni baş məşqçimiz xeyirli olsun!"

Mehman Süleymanov (Sport24.az)

"Əvvəla, Qurban müəllimi təbrik edir və ona millidə fəaliyyətində də uğurlar arzulayırıq. Bu, çoxdan gözlənilən təyinat reallaşdı və nəhayət, reallaşdı. AFFA əcnəbi mütəxəssislə işbirliyini davam etdirmək fikrində olsaydı, ən optimal variant 3 il millimizin baş məşqçisi olmuş Robert Prosineçkini sayırdım. Onunla 10 xallıq rekordla başa vurduğu seçmə mərhələdən sonra müqavilənin müddətinin uzadılmaması yerli mütəxəsisslə yola davam ediləcəyi demək idi. Azərbaycan məşçqilər arasında indiki vəziyyətdə ən optimal variant məhz Qurban Qurbanov idi. Onun özü də buna razılıq verirsə, deməli, bu ağır yükün altına girməyə hazırdı. İnanıram ki, Qurbanovun paralel olaraq həm "Qarabağ"da, həm də millimizdə işləməsi heç birinə, ən əsası, Ağdam klubuna ziyan gətirməyəcək. Millimizdə "Qarabağ"ın futbolçularının çox olması Qurban müəllimin xeyrinə olacaq. Üstəlik, millimizin digər futbolçularının potensialına da yaxşı bələddi. AFFA prezidenti Rövnəq Abdullayevin yeni baş məşqçiylə 6 illik müqavilənin imzalanması onunla uzunmüddət işbirliyinin olmasına, sistem qurulmasına, btün oyunçuların hazırlıq sisteminin mərkəzdən idarə olunanacğını göstərir. Qurban müəllim ilk ciddi sınaq əsas hədəfimiz olan, fin al mərhələsinin 4 oyununun Bakıda keçiriləcəyi AVRO-2020-yə düşmək olacaq. O, buna sözün əsl mənasında iddialı olan mübariz komanda yaratsa, millidə deyiləndən də çox  müddət işləyəcəyinə zəmin yaradacaq"

Elşən Məmmədov (Sportnet.az)

"Qurban Qurbanovun milliyə baş məşqçi təyinatı vaxtında, düşünülmüş və ən doğru qərardır. Onun rəhbərliyi altında "Qarabağ"da əldə olunmuş nailiyyətlərin millidə də davam edəcəyinə inam böyükdür. Amma yığmadan fərqli olaraq, klubda çatışmayan mövqeləri legionerlər hesabına gücləndirmək mümkündür. "Qarabağ"da belə bir imkan olduğu halda, millidə daxili imkanlar hesabına hədəfə çatmalısan. "Qarabağ"la hər nə qədər uğur qazansan da, pik nöqtə milli komanda olmalıdır. Bu mənada, belə bir təyinat gec-tez gerçəkləşməli idi. Qurban Qurbanovun yığmada özünü "yandıracağı" barədə isə fikirlər yürütməyə tələsməyək. 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaq üçün Millətlər Liqası da mövcuddur. Qurban Qurbanov isə hər bir şansdan yararlanmağa can atan mütəxəssisdir. Vətənpərvər insan kimi milliyə daha böyük əzmkarlıq, xaraktercə soyuqqanlı olaraq, məzmunlu oyun aşılayacağını gözləyirik. Onun millini AVRO-2020-yə yüksəldərək, daha bir tarixi nailiyyətə imza atacağı heç də reallıqdan uzaq deyil".

 

 

 

 

 

 

 

 

Son yazılar

To Top