Qurban Qurbanovun "Qarabağ"a keçməsindən sonra "Neftçi"dən uzaqlaşdırılan Rəşad Sadiqov da Ağdam klubu ilə müqavilə imzalamışdı. Hətta, "ağ-göylər"i meydana kapitan kimi çıxarırdı. Ancaq az əvvəl aldığımız məlumata görə, Sadiqov "Qarabağ"dan qovulub. Məlumatlı mənbənin dediyinə əsasən, Qurbanov Rəşadı Ağdamdan geri göndərib. Buna səbəb yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə imzalamasıdı. Görünür, Sadiqovun "ağ-qaralar"la sövdələşməsini son anadək gizli saxlaması çalışdırıcını özündən çıxarıb.
Xatırladaq ki, ötən mövsüm bitməmiş "Bakı" ilə müqavilə imzalayan Elvin Məmmədov da Qurban Qurbanov tərəfindən dərhal qovulmuşdu.
