"Qarabağ" – "Rəvan" oyunundan sonra keçirilən mətbuat konfransinda məşqçilər oyun haqda öz fikirlərini bildiriblər.
Korner.az– ın məlumatına görə, qonaqların baş məşqçisi Cevat Gülər bildirdiki : "Liderə qarşı oynadıq. Oyunu çox yaxşı analiz etmişdik. Bu 4-cü oyunumuzdu. Mən oyunumuzdan razıyam, ancaq nəticələrdən razı deyiləm. Bizim xalımız daha çox olmalı idi. Nəticə məni qane etmir. Çalışacağıq ki, daha yüksək pillələrə qalxaq və ilk altılığa düşək".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə oyun haqqında bunları söylədi: "Rəvan"ın əvvəlki oyunlarına da baxmışdıq. Hiss olunurdu ki, bu oyuna ciddi hazırlaşıblar. Bəzi oyunçularımızı zərərsizləşdirə bildilər. Futbolçularımızın ustalıq səviyyəsi çatmadı ki, hesabı dəyişə bilsinlər".
