"Hər iki komanda üçün bu oyun çox böyük önəm kəsb edirdi. Xırda səhvlərdən ard-arda qollar buraxdıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisinin baş məşqçisi "Xəzər Lənkəran"la oyundan sonra (1:4) keçirilən mətbuat konfransında daha sonra bu görüşdə komandasının oyununun alınmadığını bildirib: "Bu gün rəqibimizin oyunu alındı, bizimki isə alınmadı".
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)