"Bu gün bir komanda oynadı, digəri baxdı. Bu mənim üçün ağır zərbə oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AZAL-la oyundan (2:6) sonra deyib.
Çalışdırıcı ağır məğlubiyyətə baxmayaraq heç yerə getməyəcəyini bildirib:
"AZAL xarakter göstərdi. Vaqif müəllimi təbrik edirəm. Gözəl komanda yaratmağı bacarb. Komandadan getmək məsələsi bir dəfə də olmuşdu. Rəhbərlik mənə güvənir. Komandada dəyişikliklər etmək lazım gələcək. Rəhbərliklə bu barədə danışacağıq. Əfran İsmayılovda geriləmə var və durmadan geriləyir. Özü də, biz də bu haqda düşünməliyik ".
