“Rəşad Abdullayev yenə də bizim qalib gəldiyimiz oyunda hesabı dəyişdi. Çox yaxşı oyun oldu. Komandam yaxşı oynadı. Amma nə etmək olar, bu futboldur." Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyun sonrası "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ədalətli nəticəni heç-heçə sayan Qurbanov bunları deyib: "Məncə oyunun ədalətli nəticəsi 1:1 olmalıydı. Avroliqaya düşmək üçün şanslarımız qalır. Qarşıdakı oyunlara hazırlaşacağıq. “Neftçi”yə uğurlar arzulayıram”.
