Qriqorçuk “Astana”dan ayrılır?
07.09.2019 , 17:22

Qazaxıstanın “Astana” klubunun baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az xəbər verir ki, 54 yaşlı mütəxəssis “Astana”da qalacağını deyib:
“Astana” ilə bir çox zəfərə qovuşmaq və yeni uğurlar üçün böyük arzum var”.
Qeyd edək ki, Qriqorçuk 2018-ci ildən “Astana”nı çalışdırır.
