Qolkiper qərarını verdi: Mövsümün sonunda gedəcək
08.05.2024 , 16:02

“Betis”in qapıçısı Klaudio Bravo klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, oyunçu yayda komandadan ayrılacaq.
41 yaşlı qolkiper “Betis”dən azad agent olaraq gedəcək.
Təcrübəli əlcək sahibinin yeni klubu hələlik məlum deyil.
Bravo 2020-ci ildən “Betis”də çıxış edir.
