“”Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu, ilk hissədə rəqibə sürətdə uduzurduq. İkinci hissədə isə daha yaxşı oynadıq". Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qarabağ"la oyundan sonra deyib.
Gürcüstanlı çalışdırıcı daha sonra bunları deyib:
"Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi. Qarşıda “Bakı” ilə oyunumuz var, bu oyuna hazırlaşacağıq”.
