“Qızıl top”u qazanmayacağımı bilirdim” – Messi
27.12.2018 , 12:44

“Bu il də “Qızıl top”u qazanmayacağımı bilirdim. Namizədlərin adını eşitdikdən sonra finalçılar arasında olmayacağımı anladım. Bundan sonra dördüncü və ya beşinci olub-olmadığımı dinləmədim”.
Bu sözləri Argentina millsinin və “Barselona”nın hücumçusu Lionel Messi deyib.
O, “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldo haqda da danışıb: “Real” böyük klubdur. Orada kifayət qədər yaxşı oyunçular var. Amma Ronaldonun gedişi istənilən komandaya təsir edir. O, çox qol vurur. Ronaldo ilə mənim rəqabətim sağlam qarşıdurma idi. Bu, azarkeşlər üçün gözəl və maraqlı idi”.
