"Real"ın (Madrid) ulduz futbolçusu Kriştiano Ronaldo qalib gəldikləri və La Liqanın başa çatmasına 2 həftə qala çempionluqlarını rəsmiləşdirdikləri "Atletiko" (Madrid) matçından sonra fikirlərini mətbuatla bölüşüb.
Korner.az-ın məlumatına görə, İspaniyada qazandığı ilk çempionluqdan ötrü sevindiyini deyən portuqaliyalı: "Bu mövsüm ki, hədəflərimizi gərçəkləşdirdiyimiz üçün xoşbəxtəm. "Barselona" kimi rəqibi arxada qoymaq çox çətin idi. Ancaq biz zor olanı bacardıq.La Liqadakı 10 aylıq zəhmətimizin qarşılığını aldıq." – ifadələrinə yer verib. Rəqibi Lieonel Messi ilə aralarındakı "qızıl buts" yarışına da toxunan Ronaldo sözlərinə bu cür davam edib: " O, mükafatdan artıq evdə var. Yenisi olsa pis olmazdı. Ancaq qazana bilməsəm də mənim üçün fərqi yoxdur."
