“Lion” klubunun futbolçusu Memfis Depay karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə Tuttosport nəşri məlumat yayıb.
Mənbə bildirir ki, “Milan” klubu Depayın xidmətində maraqlıdır. Heyətini gücləndirməyə çalışan milanlılar Depayın transferinin baş tutması üçün çalışacaq. İlkin məbləğ 30 milyon avro məbləğində göstərilir.
