“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu
19.02.2024 , 16:41

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, oyunçu “İnternasyonal”dan ayrılaraq, Braziliyanın digər klubu “Korintians”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.
