“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu
04.03.2024 , 18:44

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, bundan sonra karyerasını Çində davam etdirəcək.
33 yaşlı futbolçu “Şenzen Penq Siti” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Samuel 2015-2016 mövsümündə “Qarabağ”da çıxış edib.
