“Qarabağ”ın səfər proqramı
22.08.2023 , 15:29

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya” klubunun qonağı olacaq “Qarabağ” avqustun 23-ü saat 11:00-da Sloveniyaya yollanacaq.
Korner.az xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanovun avqustun 23-ü yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 21:15) mətbuat konfransı başlayacaq.
Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqi isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.
Avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq.
