“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri “Tottenhem” və “Anderlext” bu gün ölkə kubokunun oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, “Tottenhem” İngiltərə liqa kubokunun 3-cü turunda evdə əzəli rəqibi “Arsenal”ı qəbul edəcək.
“White Hart Lane” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. “Anderlext” isə Belçika kubokunun 1/16 finalında evdə aşağı divizion təmsilçisi “Spouven-Mopertingen”lə qarşılaşacaq. Bu görüşün startı Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
Qeyd edək ki, “Qarabağ”ın qrupdakı digər rəqibi “Monako” sabah Fransa Liqasının 7-ci turu çərçivəsində səfərdə “Monpelye”nin qonağı olacaq.
23 sentyabr
Belçika kuboku, 1/16 final
23:00. “Anderlext” – “Spouven-Mopertingen”
23 sentyabr
İngiltərə Liqa kuboku, 3-cü tur
23:45. “Tottenhem” – “Arsenal”