“Qarabağ”ın oyununa görə metronun iş saatı uzadıldı
14.02.2023 , 15:49

Fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Korner.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ağdam təmsilçisinin Konfrans Liqasında “Gent”ə qarşı oyununun gec başa çatacağını nəzərə alaraq, klub “Bakı Metropoliteni”nə müraciət edib. Müraciətə müsbət cavab verilib.
“Qarabağ” – “Gent” görüşü saat 21:45-də start götürəcək.
