“Qarabağ”ın mükafatlandırılma mərasiminin vaxtı açıqlandı
19.06.2020 , 20:07
Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.
Korner.az xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.