“Real” bu futbolçuların formasını satışa çıxardı
19.06.2020 , 20:53

“Real” rəhbərliyi futbolçularının formasının satışını təşkil edib.
Korner.az xəbər verir ki, auksiona futbolçuların “Eybar”la oyunda geyindikləri formalar çıxarılıb.
Ən baha qiymətə – 7 min avroya Luka Modriçin forması satılıb. Eden Hazarın forması 3,2, Serxio Ramosun Ramosun futbolkası 3,1 min avroya, Qaret Beylin forması isə 1,5 min avroya satılıb.
Auksionda toplanan vəsait “Real”ın sosial idman layihələrinə yönəldiləcək.
