“Qarabağ”ın mətbuat konfransının vaxtı
07.08.2023 , 15:51

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “HJK Helsinki” oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Korner.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 9-u saat 18:10-da “Azersun Arena”da baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı 19:30-da, açıq məşqi isə 20:00-dа Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Media nümayəndələrinin “Azersun Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna gedişi üçün nəqliyyat vasitəsi ayrılacaq.
