“Qarabağ”ın iştirak ərizəsi – Siyahı
23.08.2023 , 12:14

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Sloveniya) ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Korner.az xəbər verir ki, yeni transferlər qapıçı Andrey Lunyov və müdafiəçi Mateus Silva da görüşlər üçün sifariş olunub.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyov
Müdafiəçilər: Mateus Silva, Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev
Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benziya, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Riçard Almeyda, Toral Bayramov, Patrik Andrade
Hücumçular: Redon Cica, Hamidu Keyta, Juninyo.
“Qarabağ” “Olimpiya” ilə ilk oyunu sabah səfərdə keçirəcək. Matç saat 22:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.
