Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Nikolay Adamıən yetirmələri Donetskin "Metallurq" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Qara Qarayev fərqlənib.
