“Qarabağ”ın futbolçusu millidə qol vurdu – VİDEO
27.03.2024 , 11:31

Əlcəzair millisi “FİFA series – Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.
“Qarabağ”ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, qollardan birinin ötürməsini də verib.
