“Qarabağ”dan “Zirə”yə – Rəsmi
22.06.2023 , 16:35

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “qartallar” İsmayıl İbrahimliylə müqavilə imzalayıb. “Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.
