“Qarabağ” həmişəki kimi qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Korner.az-ın məlumatına görə, yanvarın 8-də qardaş ölkəyə yola düşəcək Ağdam klubunun keçirəcəyi yoldaşlıq oyunlarının sayı müəyyənləşib.
Qurban Qurbanov Antalyada yetirmələrini 3 oyunda sınayacaq. “Qarabağ” Türkiyədə 18 gün qalacaq. Yoldaşlıq oyunlarının sayı vəziyyətdən aslı olaraq arta bilər.
