“Neftçi” daha bir futbolçusunu geri qaytarmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”a icarəyə verilən oyunçulardan başqa “ağ-qaralar”ın daha bir üzvü geri dönəcək.
Belə ki, baş məşqçi Nazim Süleymanov Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şaab” klubunda icarə əsasında çıxış edən Julius Vobayın dönüşünü istəyib. Artıq bununla bağlı ərəblərlə danışıqlar aparılıb.
Qeyd edək ki, Vobay “Əl-Şaab”da 9 oyun keçirib (791 dəqiqə) və 1 qol vurub.
