"Qarabağ" milli komandanın rəsmi oyunları səbəbindən yaranmış fasilədə də hazırlıqlarını davam etdirir. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıqlar çərçivəsində həm də 2 oyun planlaşdırılan proqrama uyğun ilk görüş "Şuşa" ilə keçirilib.
Tofiq İsmaylov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda milli komandalara yollanmış futbolçuların olmamasına baxmayaraq "Qarabağ" aşağı liq təmsilçisini ilk hissədə vurduğu 3 biri-birindən gözəl qollarla məğlub edib.
Hesabı İlqar Qurbanov açıb. Riçard Almeydanın gözəl cərimə zərbəsi hesabı dəyişib. Elnur Abdulov isə oyunda son nöqtəni qoyub.
"Qarabağ"ın növbəti yoldaşlıq oyunu 8 sentyabr tarixinə planlaşdırılıb.
