"Qarabağ" DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunlarla əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını natamam heyətlə davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da çempionatın V turunda AZAL-la qarşılaşacaq komanda həmin matça qədər yoldaşlıq oyununa çıxacaq.
Ağdam təmsilçisi sentyabrın 8-də "Rəvan"la yoxlama görüşü keçirəcək. Oyunun "Dalğa Arena"da keçirilməsi gözlənilir.
Xatırladaq ki, bu komandalar Premyer Liqanın hesabat turunda eyni stadionda üz-üzə gəlmiş və həmin oyundan qol səsi çıxmamışdı.
