Premyer Liqanın son turunun “Rəvan”la qarşılaşmasından sonra 3 günlük istirahətə buraxılan “Qarabağ” klubu yenidən bir araya gəlib.
Korner.az-ın məlumatına görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutan məşqdə komandanın 12-13 üzvü iştirak edir. Belə ki, Ağdam təmsilçisinin bir neçə futbolçusu Azərbaycan A və U-21 milli komandaları ilə toplanışdadır. Ansi Aqolli isə Albaniya milli komandasının heyətinə cəlb olunub.
