big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qarabağ” və Qurban Qurbanov: Hardan-haraya (YAZI)

05.10.2015 , 06:05

Bu mənada istənilən futbol azarkeşi mənimlə razılaşar ki, son dövrlər Azərbaycanı beynəlxalq arenada ən yaxşı  təmsil  edən klub “Qarabağ”dır. 2009-cu ildən bu günə qədər davam edən zaman kəsiyində “köhlən atlar” ölkə səviyyəsində bir çox uğura imza atıb, bir vaxtlar bizim üçün yuxu kimi görünən missiyaların öhdəsindən gəlib. Keçən həftə “Qarabağ” Bakıda “Anderlext”i məğlub etməklə Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsində ilk ev qələbəsini reallaşdırdı. (Qeyd edim ki, ilk səfər qələbəsi də “Qarabağ”ın adı ilə bağlıdır. Ağdamlılar keçən il “Dnepr”i səfərdə məğlub etməyi bacarmışdı). Bundan başqa, Ağdam klubu avrokuboklarda bir çox irili-xırdalı uğura və ilkə imza atıb. Bəs yaxşı, bütün bunların arxasında duran səbəb nədir? Necə oldu ki, “köhlən atlar” 6 ildir ki, artan uğur tempini qoruya bilir?

Azərbaycan və Türkiyə klublarının ortaq və başıbəlalı cəhəti budur ki, 1-2 mövsüm uğurlu çıxış etdikdən sonra həmin uğuru qoruya bilmirlər. Təəssüf olsun ki, bu hal xüsusən də Azərbaycan klubları üçün səciyyəvi hala çevrilib. Bizim komandalar üçün  uğur qazanmaqla müqayisədə onu qorumaq çox daha çətindir. Məsələn, 3 il öncə Avropa Liqasında ilk dəfə qrup mərhələsinə düşərək üzümüzü güldürən “Neftçi” bu mövsüm mübarizəni erkən dayandırdı. Amma “Qarabağ”, son 6 ildə avrokuboklarda ən azı 2 mərhələ adlamağa nail olub. Ağdam klubu keçən zaman ərzində 2 dəfə Çempionlar Liqasında III təsnifat mərhələsinin, 2 dəfə Avropa Liqasının qrup mərhələsinin, 5 dəfə Avropa Liqasında pley-off mərhələsinin, 1 dəfə isə Avropa Liqasında III təsnifat mərhələsinin həyəcanını yaşayıb. Düzdür, “köhlən atlar” 2012-2013-cü illər mövsümündə avrokuboklarda ölkəmizi təmsil etmədi, amma nəzərə almaq lazımdır ki, həmin il “Qarabağ”ın avrokuboklara vəsiqə şansı son ana qədər davam edirdi. Burda əsas məsələ ildən-ilə qazanılan təcrübəni artırmağa bacarmaqdır. Qitə miqyaslı turnirlər tamam fərqli situasiya və səviyyədədir. Xatırlayırsızsa, iki il əvvəl Qurban Qurbanov “Ayntraxt”a (Frankfurt) məğlubiyyətdən sonra (0:2, Bakıda) keçirilən mətbuat konfransında bildirmişdi ki: “Tvente” və “Borussiya Dortmund”la keçirilən qarşılaşmaların təcrübəsi olmasaydı, bu gün 0:10 hesabı ilə də uduza bilərdik”.  Heç kimə zarafat gəlməsin, komadamız yaxın keçmişdə: “Zalsburq”, “Dnepr”, “Tvente”, (2 dəfə) “İnter”, “Borussiya” (Dortmund), “Brügge”, “Visla”, “Sent Etyen”, “Ayntraxt” (Frankfurt), “Rusenborq”, “Seltik”, “Anderlext”, “Yanq Boyz”, “Tottenhem” və s. kimi komandalarla başa-baş mübarizə aparıb. Artıq bunu əminliklə bildirmək olar ki, Avropada heç kim “Qarabağ”ı “asan yem” kimi  görmür, klubumuza yuxarıdan-aşağı baxmır. Məsələn, Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valderde “İnter” (Bakı) ilə cavab qarşılaşmasından öncə keçirilən mətbuat konfransında bəndənizin ünvanladığı “Püşkdən öncə Azərbaycan futbolu haqda nə bilirdiz?” sualını cavablandırarkən, “Qarabağ”ın adını xüsusi qeyd etmişdi. Təbii ki, bütün bunlar hələ başlanğıcdır və gediləsi yol çoxdur. “Köhlən atlar” marketinq tərtibçisi olmaq yolunda uğurla irəliləyir. Və mən bunu tam əminliklə deyirəm: “Qarabağ” bu tempi qorumağı bacarsa, yaxın 5-6 ildə “Seltik”, “Ayaks”, “Trabzonspor” və s. səviyyəsində klub olmağa qadirdir. 

Bu məsələnin başqa tərəfi də var. “Qarabağ” həm Azərbaycanın yaralı yerinin- işğal olunmuş torpaqlarımızın adını daşıyır, məhz Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bu klubun müstəsna rolu var. Təqdirəlayiq bir hal kimi onu da qeyd etmək lazımdır ki, ağdamlıların beynəlxalq miqyaslı oyunları üçün hazırlanan rəsmi proqramların son səhifəsində ingiliscə “Qarabagh” FC is Karabakh`s!” adlı bölməyə mütəmadi yer verilir. Təbii ki, xarici qonaq media nümayəndələrinə Qarabağ müharibəsi haqda məlumat verilməsi baxımından yetərincə uğurlu təşəbbüsdür. 

“Qarabağ”ın uğurlarından danışıb, Qurban Qurbanovun adını qeyd etməmək insafsızlıq olar.Bu mənada hər kəs mənlə razılaşar ki,hal-hazırda Qurban Qurbanov Azərbaycanda ən yaxşı məşqçidir və bu cür davam edəcəyi təqdirdə yaxın illərdə adının çox yüksək yerlərdən gələcəyinə şübhəm yoxdur. Motivasiya ktablarından birində belə bir cümlə ilə qarşılaşmışdım: “İstedad+Peşəkarlıq+Çalışmaq həvəsi= Uğur”. Demək olar ki, bunların hər üçü Qurbanovda cəmlənib. Azərbaycanın bəzi məşqçilərindən fərqli olaraq, əlavə polemika və mübahisələrdən mümkün qədər uzaq duran, mətbuat konfranslarında ütopiya və pafos dolu açıqlamalar verməyən, aşkar üstün olsalar belə, heç vaxt rəqibi aşağılamayan və daim təmkinini qoruyan, sadəcə başını aşağı salıb işini görən  bir şəxs kimi Qurbanova rəğbət bəsləməmək imkansızdır. Qurbanov 4 il öncə, Avropa Liqasının I təsnifat mərhələsində “Banqa” ilə cavab qarşılaşmasından əvvəl keçirilən rəqibin məşqini yerində izləmiş və qeydlərini götürmüşdü. Düzdür, deyə bilərsiz ki, burda qeyri-adi nə var?  Amma onu da nəzərinizə çatdırım ki, ilk matçı “köhlən atlar” səfərdə 4:0 hesabı ilə qazanmışdı. Və bunu əminliklə deyirəm: Azərbaycan məşqçilərinin 98%-i oxşar situasiya zamanı, eyni addımı atmazdılar. Həmçinin, Qurbanovun komanda ilə birlikdə səfər çıxarkən, təyyarədə belə, oyuna hazırlıq üzərində çalışdığının şahidi olmuşuq. Məhz bütün bunların fonunda qazanılan uğurlar təəccüb doğurmamalıdır. 

P.S. “Qarabağ”da hər şey əladır fikri, şübhəsiz, doğru deyil. Yuxarıda da qeyd etdiyim kimi, görüləsi işlər çoxdur və bütün bunları unudaraq, eyforiyaya qapılmaqla klub sadəcə özünün yandırar. Belə olduqda isə mətbuatın bugünkü təriflərinin tənqidə çevrilməsi qaçılmazdır. 

Ürfan Məmmədzadə 

Son yazılar

To Top