Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb.
Korner.az-ın məlumatına görə, son 1 ili əhatə edən cədvəldə planetin 401 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında isə yeganə təmsilçisi yenə “Qarabağ”dır.
Son mövsümdə ciddi uğur qazana bilməyən ağdamlılar son 1 ayda 19 pillə geriləyiblər. Ötən ay açıqlanan reytinqə 70 xalla 280-ci pillədə olan Qurban Qurbanovun yetirmələri son siyahıda 72,5 xalla 299-cudur.
Reytinqə 356 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Ötən ay üçüncü olan “Universidad” isə bu dəfə Madrid “Real”ı ilə yerini dəyişib. İkinci yerə yüksələn bu klubun aktivində 326,5, ispanların isə 295,0 xalı var.
