“Qarabağ” “Saraqosa”nın futbolçusunu transfer edir?
02.09.2019 , 22:14

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” İspaniyadan daha bir futbolçu transfer edir.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan çempionu “Saraqosa”nın yarımmüdafiəçisi Xorxe Pombonu heyətinə qatmaq istəyir.
25 yaşlı futbolçunu “Qarabağ”la yanaşı, La Liqa təmsilçisi “Malyorka”, Sequnda klublarından isə “Estremadura”, “Ovyedo”, “Kadiz” və ABŞ klublarından biri də istəyir.
