İkardinin yeni klubu bilindi
03.09.2019 , 10:04
Franaanın PSJ klubu “İnter”in hücumçusu Mauro İkardini heyətinə qatıb.
Korner.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunu 5 milyon avro qarşılığında bir illik icarəyə götürüb. Paytaxt klubu 26 yaşlı hücumçunu 65 milyon avroya transfer etmək hüququna sahibdir.
Mauro yeni klubunda 18 nömrəli formada çıxış edəcək.