“Qarabağ” və “Zirə” yarımfinalda!
08.02.2024 , 21:56

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib və 3:0 hesablı qələbə qazanıb. Digər matçda isə “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Bu görüşdə Ağdam klubu 3:4 hesablı məğlub olsa da, iki oyunun nəticəsinə əsasən “Qarabağ” adını yarımfinala yazdırıb.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
8 fevral
Zirə – Səbail 3:0
Qollar: Abbas İbrahim, 4,Rəhim Sadıxov, 42, Rafael Utziq, 74
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1
20:00 Qarabağ – Sabah – 3:4
Qollar: H.Keyta, 30, Adama Diakabi, 61, Maruan Hadudi, 74 (avtoqol) – Kristian Da Silva, 5, Marqarita, 27, İshak Belfodil, 58, 68 (pen.)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 7:1
