“Qarabağ” – “Səbail” oyununun biletləri satışda
10.03.2023 , 14:17

Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri bu gün yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
