Bu gün Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start verildi.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mövsümə uğurlu start götürən Ağdamın "Qarabağ" komandası paytaxtın "Rəvan" klubu ilə qarşılaşdı. "Dalğa Arena"da keçirilən matç saat 20:00-da başladı. Qarşılaşmada hesab açılmadı.
Qeyd edək ki, turun digər görüşləri sabah və biri gün keçiriləcək.
24 avqust (cümə)
20:00. “Qarabağ” – “Rəvan” 0:0
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Murad Məmmədov
Dalğa Arena
