"Bir sıra yerli, gənc futbolçularla maraqlanırıq. Elnur Abdulovda bunlardan biridir".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın mətbuat katibinin rəhbəri Nurlan İbrahimov deyib. Bundan başqa İbrahimov, keçidin böyük ölçüdə baş tutduğunu sözlərinə əlavə edib:
"Elnur Abdulovla iki illik müqavilə bağlayacağıq. Belə bir şey mümkündür".
Qeyd edək ki, Elnur Abdulov paytaxtın "İnter" klubunun şərəfini qoruyurdu.
