“Qarabağ” – “Qalatasaray” oyununa nə qədər bilet satılıb?
23.03.2023 , 16:15

“Qarabağ” – “Qalatasaray” matçı üçün bilet satışı davam edir.
Korner.az-ın xəbərinə görə, oyuna 58 mindən artıq bilet satılıb.
Martın 26-sında Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
