“Qarabağ” – “Qalatasaray” oyunu üçün ekspress marşrutlar
24.03.2023 , 15:37

Korner.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ekspress xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspress xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalına hərəkət edəcək.
Oyun bitdikdən sonra azarkeşlərin stadionun ictimai nəqliyyat terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş olunur ki, oyun bitdikdən sonra ictimai nəqliyyat terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
