“Qarabağ” – “Qalatasaray” matçının biletləri satışa çıxarılır
15.03.2023 , 12:49

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
