“Qarabağ” – “Olimpiya” oyununun hakimləri məlum oldu
18.08.2023 , 13:24

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Bakıda Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi ilk oyun üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FİFA referisi Alexandro Ernandes olacaq. Ona yan xətt hakimləri qismində Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.
