“Qarabağ” və “Zirə” finalda!
24.04.2024 , 21:50

Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Zirə”ni qəbul edib. Görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da “Zirə” adını finala yazdıra bilib.
Digər oyunda isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gəlib. Ağdam klubu bu görüşdə 4:1 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.
Final matçı iyunun 2-də keçiriləcək.
Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar
17:00. “Qəbələ” – “Zirə” – 0:2
Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.
Qəbələ şəhər stadionu
İlk oyun 1:2
20:00. “Qarabağ” – “Neftçi” – 4:1
Qollar: Reziuan Mirzov, 62 – Juninyo,16; 70. Qara Qarayev, 62-öz qapısına.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0
